...

Azərbaycanda tələbələrin sayı 20 min artacaq

Cəmiyyət Materials 30 Oktyabr 2023 16:50 (UTC +04:00)
Azərbaycanda tələbələrin sayı 20 min artacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ali təhsilə qəbul olan tələbələrin sayı 20 min artacaq.

Trend-in məlumatına görə, bu barədə 2024-2027-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının əsas prioritetlərində deyilir.

Qeyd edilib ki, gəlirindən asılı olmayaraq, bütün ailələrin övladları üçün təhsilə əlçatanlıq təmin olunacaq. Ali təhsilin məzmununda əmək bazarının tələbləri nəzərə alınacaq.

Bununla yanaşı,ali təhsilin keyfiyyəti artırılacaq və beynəlxalq rəqabətliliyi təmin olunacaq. Rəqabətli maliyyələşmə və idarəetmə mexanizmləri yaradılacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda ali təhsil müəssisələrində 205 mindən artıq tələbə təhsil alır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti