...

Şəmkirdə qanunsuz tikililər söküldü (VİDEO)

Cəmiyyət Materials 25 Noyabr 2023 11:52 (UTC +04:00)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Trend xəbər verir ki, Şəmkir rayonunun Abbaslı kəndi ərazisində müvafiq icazəverici sənədlər olmadan bir neçə ünvanda qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində sözügedən qanunsuz tikililər sökülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti