...

Üç il ərzində istehlak kreditləri üzrə "YAŞAT"ın xərclədiyi vəsait açıqlandı

Cəmiyyət Materials 8 Dekabr 2023 11:45 (UTC +04:00)
Üç il ərzində istehlak kreditləri üzrə "YAŞAT"ın xərclədiyi vəsait açıqlandı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

“Yaşat” Fondu tərəfindən üç il ərzində istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 918, itkin ailə üzvlərinin 3 və yaralıların 1 379 müraciəti olmaqla ümumilikdə 2 300 müraciət təmin edilib.

Trend xəbər verir ki, bu barədə "YAŞAT"ın rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun 3 illik fəaliyyəti ilə bağlı hesabat konfransında deyib.

O qeyd edib ki, ötən üç il ərzində istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 7 011 408.82 AZN təşkil edir.

“Əlavə olaraq Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 392.73 AZN borc ləğv edilib”,- deyə E. Hüseynov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti