...

Bakı-Naxçıvan aviareysləri gecikir, iki reys birləşdirilib (YENİLƏNİB)

Cəmiyyət Materials 17 Dekabr 2023 19:25 (UTC +04:00)
Bakı-Naxçıvan aviareysləri gecikir, iki reys birləşdirilib (YENİLƏNİB)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-251, J2-255 və J2-265 nömrəli reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikir.

"Azərbaycan Hava Yolları" QSC-dən Trend-ə verilən məlumata görə, Bakıdan Naxçıvana yola düşməli olan J2-253 nömrəli reys J2-251 nömrəli reys ilə birləşdirilib.

Qeyd edək ki, uçuşların təhlükəsizliyi AZAL üçün hər zaman ən yüksək prioritetdir.

Gecikmiş reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunur.

Sözügedən reyslərin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

xxx

12:05

Azərbaycan Hava Yollarının J2-251 və J2-253 nömrəli Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikir.

Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin məlumatında deyilir.

Sözügedən reyslərin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.

Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti