...

Bakıda yeni çəkilən velosiped yolları tıxacı azaldacaq? (VİDEOMÜSAHİBƏ)

Cəmiyyət Materials 22 Dekabr 2023 16:00 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərində velosiped yollarının salınması istiqamətində hazırlanmış layihənin icrasına başlanılıb.

Layihənin ilkin mərhələsi Bakı şəhərinin, əsasən, mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edəcək. Mərhələli şəkildə digər küçələrdə də bu tip velosiped zolaqları salınaraq davamlılıq təmin ediləcək.

Bəs velosiped yollarının salınması mərkəzdə tıxacların qarşısını ala biləcəkmi?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, velosiped zolaqlarının salınması çox yaxşı haldır.

"Lakin velosiped zolaqları tıxacların qarşısını ala bilməz. Bu gün tıxacların əsas səbəbi insanların daha çox fərdi avtomobillərdən istifadə etməsinə görədir. Ancaq bu zolaqların təkmilləşdirilməsinə ehtiyac var", - deyə o qeyd edib.

Geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti