...

“YAŞAT” Fondu və “AzİnTelecom”un birgə təşkilatçılığı ilə şəhid övladları üçün növbəti layihə reallaşdırılıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 30 Dekabr 2023 10:46 (UTC +04:00)
“YAŞAT” Fondu və “AzİnTelecom”un birgə təşkilatçılığı ilə şəhid övladları üçün növbəti layihə reallaşdırılıb (FOTO/VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“YAŞAT” Fondu və “AzİnTelecom”un birgə təşkilatçılığı ilə şəhid övladları üçün növbəti layihə reallaşdırılıb

ASAN Xidmətdən Trend-ə verilən məlumata görə, “YAŞAT” Fondu tərəfindən artıq 3-cü dəfədir həyata keçirilən “Hədiyyə Karvanı” layihəsi bu dəfə cari ilin 19-20 sentyabrında lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanlarımızın əmanətlərini sevindirib.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə reallaşdırılan layihə ümumilikdə 133 şəhid övladını əhatə edib. "Hədiyyə karvanı" 25 dekabr tarixində yola düşüb və hədiyyələrin paylanılması 30 dekabr tarixində yekunlaşıb. Şəhidlərimizin əmanətlərinin hədiyyələrini onlara Şaxta baba təqdim edib.

Layihə Bakı şəhəri ilə yanaşı Respublikanın digər bölgələrini də əhatə edib.

“AZİnTelecom”un dəstəyi ilə baş tutan layihə çərçivəsində ümumilikdə 133 hədiyyə qutusu ünvanlara çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti