...

“PAŞA Bank”ın idarə heyətinin sədri üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib (FOTO)

Cəmiyyət Materials 26 Yanvar 2024 20:26 (UTC +04:00)
“PAŞA Bank”ın idarə heyətinin sədri üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib (FOTO)

Bakı. Trend:

“PAŞA Bank”ın idarə heyətinin sədri Cavid Quliyev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Fərahim Hacıyev ilə görüş keçirib.

Mentorluq proqramı çərçivəsində keçirilən görüşdə Cavid Quliyev qalibi əldə etdiyi nailiyyət münasibətilə təbrik edib və gələcək fəaliyyətinə yön vermək, o cümlədən inkişafına dəstək olmaq məqsədilə fərdi inkişaf planı əsasında mentorluq etməkdən məmnunluq hissi duyduğunu qeyd edib.

İdarə heyətinin sədri layihənin rəhbərlərindən biri kimi müsabiqə qalibinin hazırkı fəaliyyət istiqamətləri ilə maraqlanıb və bundan sonra onunla sıx əməkdaşlıq edərək təcrübəsini bölüşəcəyini, hədəfləri və maraqlarına yönəlik layihələrə cəlb olunmasında dəstək olacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti