...

Naxçıvanda şagirdlər üçün monitorinq imtahanları ilk dəfə mərkəzləşmiş qaydada aparılacaq

Cəmiyyət Materials 31 Yanvar 2024 16:24 (UTC +04:00)
Naxçıvanda şagirdlər üçün monitorinq imtahanları ilk dəfə mərkəzləşmiş qaydada aparılacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Pqoqramına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin nailiyyətlərinin monitorinqinin mərkəzləşmiş qaydada həyata keçirilməsi məqsədilə müvafiq proqram təminatının və mexanizminin yaradılmasına start verilib.

NazirlikdənTrend-ə verilən məlumata görə, hazırda monitorinqlərin təşkili üçün tender yolu ilə alınan avadanlıqların muxtar respublikaya gətirilməsinə başlanılıb.

Qeyd edək ki, proqram təminatı və mexanizm yaradıldıqdan sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən IV-VIII siniflər üzrə ümumi, IX-XI siniflər üzrə isə buraxılış və qəbul formatında olmaqla, tədris ili ərzində 6 monitorinq imtahanının keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti