...

3 uşaq himayədar ailələrə verilib

Cəmiyyət Materials 31 Yanvar 2024 19:16 (UTC +04:00)
3 uşaq himayədar ailələrə verilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən daha 3 uşaq himayədar ailələrə verilib.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.

“Himayədar ailə” qayğı modeli uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biridir. Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların himayədar ailələrə verilməsi onların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafına hədəflənib.

Beləliklə, himayədar ailələrə verilən uşaqların sayı artıq 8-ə çatıb. Onlardan 1-i oğlan, 7-si qızdır. Həmçinin 4 nəfəri 6 yaşadək olan, 3 nəfəri 7-13 yaş arası, 1 nəfəri 14-18 yaş arası uşaqlardır.

Himayədar ailələrə verilən 8 uşaqdan 2-si hazırda Bakı şəhərində, 6-sı rayonlardakı (Lənkəranda 2, Cəlilabadda 1, Ağcabədidə 1, Biləsuvarda 1, Zaqatalada 1 ailə) ailələrdə yaşayırlar.

Uşaqları himayəyə götürən ailələr sosial dəstəklə də təmin olunur. Belə ki, onlara himayəyə götürdükləri 6 yaşadək olan uşağa görə 355 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 395 manat), 7-13 yaş arası uşağa görə 375 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 415 manat),14-18 yaş arası uşağa görə 395 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 435 manat) aylıq müavinət, habelə uşaqlara mövsümi geyim alınması üçün hər rübdə hər uşaq üçün 200 manat birdəfəlik müavinət verilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti