...

Ata 4 il əvvəl qızını öldürərək öz evinin həyətində basdırıb (FOTO)

Cəmiyyət Materials 22 Fevral 2024 13:10 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdamda ata 4 il əvvəl qızını öldürərək, öz evinin həyətyanı sahəsində basdırıb.

Trend-in yerli müxbiri xəbər verir ki, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Nəcəfov Şikar Süleyman oğlu 4 il əvvəl 1996-ci il təvəllüdlü Nəcəfova Nərgiz Şikar qızını qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətlə yetirilib basdırılan şəxsin meyiti axtarılır.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti