...

Azərbaycan ictimaiyyəti "Ana harayı" abidəsini ziyarət edir (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2024 11:05 (UTC +04:00)
Azərbaycan ictimaiyyəti "Ana harayı" abidəsini ziyarət edir (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.

Trend xəbər verir ki, XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar "Ana harayı" abidəsi ziyarət olunur.

Abidəni ziyalılar, ictimaiyyət nümayəndələri, məktəb şagirdləri, habelə sadə vətəndaşlar ziyarət edir, abidə önünə gül dəstələri düzür.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti