...

Bakıda və Şəmkirdə qanunsuz tikililərin qarşısı alındı (VİDEO)

Cəmiyyət Materials 11 Mart 2024 10:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən Trend-ə verilən xəbərə görə, Xəzər rayonunun Qala qəsəbəsi və Şəmkir rayonunun “Kraz yolu” deyilən ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti