...

Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxani vəfat edib

Cəmiyyət Materials 5 Aprel 2024 11:05 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxani vəfat edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının ABŞ-dəki səfirliyi "X" platformasında paylaşım edib.

"Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxaninin əziz xatirəsini yad edirik", - paylaşımda deyilir.

Paylaşımda həmçinin, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rza Cavadxanini Prezident sarayında qəbul etdiyi xatırlanıb.

"O zaman Rza ata-baba yurduna gəlməkdən şərəf duyduğunu və Azərbaycanda bütün sahələrdə böyük inkişafa şahid olduğunu qeyd edib", - deyə səfirlikdən bildiriblər.

Azərbaycan Respublikasının ABŞ-dəki səfiri və səfirliyinin adından Rza Cavadxaninin ailəsinə başsağlığı verilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti