...

Sən də "Dəstək" ol! - Bütün sahibkarlar bu vacib layihəyə dəvət olunur (FOTO)

Cəmiyyət Materials 18 Aprel 2024 11:00 (UTC +04:00)
Sən də "Dəstək" ol! - Bütün sahibkarlar bu vacib layihəyə dəvət olunur (FOTO)

Bakı. Trend:

BMG İnternational şirkətinin 11 illiyi və "Dəstək" layihəsinin təqdimatı keçirilib. Layihənin məqsədi sahibkarların dəstəyi ilə qazi və şəhid ailələrinə təhsil, təcrübə və iş imkanları yaratmaqdır.

BMG lnternational 2013-cü ildə Azərbaycanda - dərin bilik və zəngin təcrübəyə malik, tanınmış iqtisadçı və maliyyəçi Orxan Məmmədzadə tərəfindən təsis edilmişdir.

BMG INTERNATIONAL şirkəti üç əsas istiqamətdə fəaliyyət göstərir:

1. Biznes idarəetməsi: Strateji və maliyyə planlaşdırması, personal idarəetməsi, satış və marketinq daxildir.

2. Maliyyə məsləhətləri: Biznesi daxildən anlamağa və uzunmüddətli perspektivlərini proqnozlaşdırmağa kömək, innovativ və uyğunlaşdırılmış həllərin təklifi.

3. Peşəkar təlimlər: "Hazır Mühasib" təhsil platformasını yaradaraq maliyyə savadlılığını, bu sahədə peşəkarların inkişafını praktiki və aktual proqramlar vasitəsilə artırmaq məqsədi.

"DƏSTƏK" Layihəsi, şirkətin 11 illiyini qeyd etmək və layihənin rəsmi açılışı üçün təşkil olunan tədbirdə təqdim olunub. Layihənin məqsədi sahibkarların dəstəyi ilə qazi və şəhid ailələrinə təhsil, təcrübə və iş imkanları yaratmaqdır. Bu tədbir, həmçinin digər şirkətləri layihəyə cəlb etmək üçün bir platforma olaraq xidmət edib.

Tədbir zamanı Orxan Məmmədzadə qonaqları bu layihəyə qatılmağa dəvət edib. Orxan bəy bir neçə qazi və şəhid ailə üzvlərini ödənişsiz təhsillə təmin edib. BMG interfnational bildirib ki, artıq tədbirə qatılan bir neçə şirkətlə bu layihə çərçivəsində əməkdaşlığa başlanılıb.

Bütün SAHİBKARLARI bu vacib işə qoşulmağa dəvət edirik!

LAYİHƏYƏ qoşulmaq üçün əlaqə:

0557887089 (WhatsApp)

www.bmgi.az

[email protected]

Xəbər lenti

Xəbər lenti