Bakı. Trend:
Azərbaycanda işçilərin məzuniyyəti ilə bağlı yeni qaydalar müəyyən edilə bilər.
Trend-in məlumatına görə, bu barədə “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb.
Fəaliyyət planına əsasən, məzuniyyət hüququndan istifadə ilə bağlı normaların beynəlxalq normalara uyğunlaşdırılması ilə bağlı təkliflərin (iki təqvim həftəsi müddətində məzuniyyət günlərindən istifadə, məzuniyyət günlərinin kompensasiya ilə əvəz edilməsi ilə bağlı normaların təkmilləşdirilməsi və s.) hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi nəzərdə tutulur.
Təkliflərin 1 iyul 2024-cü il tarixinə qədər hazırlanması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.