...

Naxçıvanda Dövlət Proqramındakı tədbirlərin icrasının təşkili məqsədilə İşçi Qrupu yaradıldı

Cəmiyyət Materials 27 May 2024 20:01 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü il 5 iyun tarixli Sərəncam ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrasının təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 24 may 2024-cü il tarixli Sərəncamı ilə İşçi Qrupu yaradılıb.

Trend Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə istinadən xəbər verir ki, adıçəkilən Sərəncamda İşçi Qrupuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin əsas icraçısı olduğu hər bir tədbirin icrası ilə bağlı görülmüş işlərə dair Nazirlər Kabinetinə aylıq hesabat təqdim edilməsi müəyyən edilib.

Məlumat üçün qeyd edək ki, Təfsilatlı Tədbirlər Planında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin əsas icraçısı olduğu tədbirlər üzrə icra funksiyasının yerinə yetirilməsi Sərəncamda adları çəkilmiş dövlət orqanlarına həvalə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti