...

İki tanınmış hakim vəkil oldu (FOTO)

Cəmiyyət Materials 21 İyun 2024 11:02 (UTC +04:00)
İki tanınmış hakim vəkil oldu (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Məhəmməd Əkbərov Vəkillər Kollegiyasına üzv seçilib.

Trend xəbər verir ki, bu barədə bu gün Vəkillərin təntənəli and içmə tədbirində açıqlanıb.

Bundan başqa, uzun illər məhkəmə hakimi işləmiş Ələddin Cəfərovun da Vəkillər Kolleksiyasına üzv seçilib.

Qeyd edək ki, Məhəmməd Əkbərov 5 il Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi kimi çalışıb. O, 1998-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri olub. 2000-2007-ci illərdə Naxçıvan MR İqtisadi Məhkəməsinin, 2007-2017-ci illərdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədri işləyib.

Məhəmməd Əkbərov ötən il yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Ələddin Cəfərov isə uzun illər Nizami, Nəsimi və Yasamal rayonlarında məhkəmə sədri işləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti