...

Bu avtomobillər üçün xüsusi parklanma yerləri müəyyən edilir

Cəmiyyət Materials 28 İyun 2024 12:05 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurma məqsədilə parklanma yerləri 5.15 yol nişanına 7.5.9 lövhəciyi əlavə olunmaqla müəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Həmin parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla, nəqliyyat vasitələrinin parklanması qadağandır.

5.15 yol nişanına 7.4.7 lövhəciyi əlavə olunmaqla müəyyən edilən parklanma yerlərində həm velosipedlər, həm də kiçik elektrik nəqliyyat vasitələri, 5.15 yol nişanına 7.4.8 lövhəciyi əlavə olunmaqla müəyyən edilən parklanma yerlərində isə yalnız kiçik elektrik nəqliyyat vasitələri parklana bilər.

Velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün nəzərdə tutulmuş parklanma yerlərindən kənarda parklanması qadağandır.

Parklanma yerləri ödənişli və ödənişsiz ola bilər. Parklanmaya görə ödəniş SMS və ya xüsusi proqram təminatı vasitəsilə elektron qaydada həyata keçirilir. Bu zaman ödənişə dair məlumatlar dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülür.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xəbər lenti

Xəbər lenti