...

Xankəndi, Xocalı və Ağdərədə 43 obyekt fəaliyyətə başlayıb - Elçin Yusubov

Cəmiyyət Materials 28 İyun 2024 11:04 (UTC +04:00)
Xankəndi, Xocalı və Ağdərədə 43 obyekt fəaliyyətə başlayıb - Elçin Yusubov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Xankəndi, Xocalı və Ağdərədə 43 obyekt fəaliyyətə başlayıb, 350 nəfər işlə təmin olunub.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.

O qeyd edib ki, bu il bu obyektlərin sayının 80-ə çatdırılması planlaşdırılır.

"Burada ticarət, turizm, qida sənayesi, balıqçılıq, kənd təsərrüfatı və digər sahələrin inkişafı üçün geniş imkanlar var. İndiyədək Xocalıya 50 ailə köçürülüb, bu ilin sonuna kimi daha 50 ailənin köçürülməsi nəzərdə tutulub.

Hazırda Xankəndidə 3 minə yaxın insan yaşayır. Həmçinin, bu ilin sentyabrında Qarabağ Universitetinin açılması planlaşdırılıb", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti