...

İlin sonunadək Xocalı, Kərkicahan, Malıbəyli və Umudluya 228 ailənin köçürülməsi planlaşdırılır - Elçin Yusubov

Cəmiyyət Materials 28 İyun 2024 11:12 (UTC +04:00)
İlin sonunadək Xocalı, Kərkicahan, Malıbəyli və Umudluya 228 ailənin köçürülməsi planlaşdırılır - Elçin Yusubov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Şuşa. Trend:

Bu ilin sonunadək Xocalı şəhəri, Kərkicahan qəsəbəsi və Malıbəyli kəndinə, həmçinin, Ağdərə rayonunun Umudlu kəndinə 228 ailənin köçürülməsi planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı üzrə fəal iş aparılır, yeni iş yerlərinin açılması, sosial infrastrukturun inkişafı və investorların cəlb edilməsinə xüsusi diqqət yetirilir.

E.Yusubov qeyd edib ki, işğaldan azad edilmiş əraziləridə müxtəlif sahələrdə, o cümlədən, sənaye, kənd təsərrüfatı, turizm, tikinti sahələrində bir çox layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu tədbirlər dayanıqlı iqtisadi artımın təmin edilməsinə və yerli əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib.

Elçin Yusubov vurğulayıb ki, hökumət biznesin aparılması və investisiya qoyuluşu üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə lazımi bütün addımları atır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti