...

Sentyabr və oktyabr aylarında Suqovuşana 190 ailənin köçürülməsi nəzərdə tutulur - Elçin Yusubov

Cəmiyyət Materials 28 İyun 2024 11:22 (UTC +04:00)
Sentyabr və oktyabr aylarında Suqovuşana 190 ailənin köçürülməsi nəzərdə tutulur - Elçin Yusubov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Şuşa. Trend:

Bu ilin sentyabr və oktyabr aylarında Ağdərə rayonunun Suqovuşan qəsəbəsinə 190 ailənin köçürülməsi nəzərdə tutulur.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.

"Sonrakı illərdə bu rəqəm dəfələrlə artacaq. Artıq Ağdərə rayonunun Talış kəndində 20 ailə köçürülüb. Azad edilmiş ərazilərin məskunlaşdırılması yüksək sürətlə həyata keçirilir", - deyə o qeyd edib.

Qeyd edək ki, tədbirin əsas məqsədi sahibkarlıq subyektlərinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarını və biznes perspektivlərini təqdim etmək, həmçinin dövlət-özəl tərəfdaşlıq modelini müzakirə etməkdir. Bundan başqa, tədbirdə işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən güzəşt və üstünlüklər, digər dövlət dəstəyi tədbirləri, bu ərazilərin bərpası və iqtisadi reinteqrasiyasında sahibkarların rolu barədə panel müzakirələr təşkil olunub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti