...

Qumla oynamaq uşaq sağlamlığına olduqca müsbət təsir göstərir - Həkim

Cəmiyyət Materials 28 İyun 2024 11:34 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Qumla oynamaq uşaq sağlamlığına olduqca müsbət təsir göstərir.

Trend xəbər verir ki, bu fikirləri “Sağlam radio”da yayımlanan “Sağlam səhər” verilisində Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Nuranə Hüseynova açıqlayıb.

Onun sözlərinə görə bu, maddələr mübadiləsini yaxşılaşdırmağa, dəri xəstəliklərinin, tənəffüs orqanlarının, sinir sisteminin fəaliyyətinin, oynaqların müalicəsində kömək edir:

“Eyni zamanda, qumlu səthdə ayaqyalın gəzmək ayaqlar üçün faydalıdır. Uşaqların qumla oynadığı zaman valideynlər təhlükəsizlik qaydalarına riayət etməlidilər. Zədələnən dəri ilə qumda oynamaq olmaz, çizilmələr və kəsiklər tamamilə sağalmalıdır. Əks halda yaraya infeksiyanın düşmə riski yüksəkdir”.
Pediatr qeyd edib ki, körpənin soyuq qumun üzərində oturmasına icazə verməyin:

“Bu, genital sisteminin iltihabı xəstəliklərinə səbəb ola bilər”.

Xəbər lenti

Xəbər lenti