...

Azərbaycanda bu şəxslərə də təqaüdlər, dövlət mükafatları veriləcək

Cəmiyyət Materials 28 İyun 2024 12:08 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda fərdi təqaüdlər, dövlət mükafatları və fəxri adlar alan idmançıların əhatə dairəsi genişləndirilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Bədən tərbiyəsi və idman haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, paralimpiya idmaçıları da bu kateqoriyaya daxil edilir. Belə ki, qanunun 59-cu maddəsinin (Bədən tərbiyəsi və idman sahəsində göstərdikləri böyük xidmətlərə və əldə etdikləri yüksək nailiyyətlərə görə Azərbaycan Respublikasının vətəndaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi olimpiya təqaüdləri, fərdi təqaüdlər, dövlət mükafatları və fəxri adlar verilə bilər) mətninə “olimpiya” sözündən sonra “və paralimpiya” sözləri əlavə edilməsi təklif edilir.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Xəbər lenti

Xəbər lenti