...

32 ildir itkin düşmüş sayılan şəhid Elman Cavadovun nəşinin qalıqları Sumqayıtda torpağa tapşırılıb

Cəmiyyət Materials 28 İyun 2024 12:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cavadov Elman Xurşud oğlunun meyitinin qalıqları Sumqayıt şəhərində torpağa tapşırılıb. O, Bakı şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmişdi.

Trend xəbər verir ki, bu gün şəhidin evində vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin ailə üzvləri, qazilər, eləcə də şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra Elman Cavadovun nəşi şəhərdəki Şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Sumqayıt Şəhər Veteranları Şurasının sədri, şəhid atası Sovet Şükürov Elman Cavadovun qardaşına tabuta bükülən Azərbaycan Bayrağını təqdim edib.

Qeyd edək ki, Cavadov Elman Xurşud oğlu 1992-ci ildən itkin düşmüş sayılırdı.

Xəbər lenti

Xəbər lenti