...

Ramin Hacılının cəzası azaldıldı

Cəmiyyət Materials 28 İyun 2024 13:30 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Dələduzluqda təqsirli bilinərək 7 il 1 ay müddətinə məhkum edilmiş ictimai fəal Ramin Hacılı ilə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

Trend xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda əvvəlki instansiyanın qərarı dəyişdirilib.

Yeni qərara əsasən, Ramin Hacılının cəzası 11 ay azaldılıb.

Qeyd edək ki, R.Hacılı 2021-ci ildə vətəndaşların ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiyasını təşkil etməkdə ittiham edilərək həbs edilib. İctimai fəal kimi tanınan Ramin Hacılı, eyni zamanda Azərbaycan Avropa Hərəkatının sədri olub.

Xəbər lenti

Xəbər lenti