Bakı. Trend:
Tələbə yataqxanalarının tikintisi zəruridir.
Trend xəbər verir ki, bunu bu gün Təhsilin İnkişafı Fondunun hesabat tədbirində Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.
O bildirib ki, özəl sektoru cəlb edərək yataqxanalarada şəraitin yaxşılaşdırılması hədəflər arasındadır.
"2024-cü ilin sonunadək, yəni növbəti təhsil dövrləri üçün bir, ən yaxşı halda iki universitetin tələbə yataqxanasının tikintisinə başlanıla bilər. Ötən həftə Gəncə Texnologiyalar Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti ilə danışıqlar aparılır. Bu proses, təbii ki, birtərəfli ola bilməz. Müəyyən şərtlər, tədbir proqramı olmalıdır".