Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Orxan Abbasov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, bu vəzifədə ötən il işdən çıxarılan Əhəd Abıyevin yerinə təyinat alıb.
Trend xəbər verir ki, Orxan İrşad oğlu Abbasov ABŞ-nin Qərbi Miçiqan Universitetini bitirib.
O, Azərbaycan Respublikası Təhsil Nazirliyində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
O, bu günə qədər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini olub.