...

“Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi keçirilir (FOTO)

Cəmiyyət Materials 2 Avqust 2024 11:11 (UTC +04:00)
“Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi keçirilir (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi 2024-cü ilin 1-7 avqust tarixində qədim Azərbaycan torpağı Laçında keçirilir.

Trend xəbər verir ki, düşərgədə dünyanın 60 ölkəsindən gələn 115 gənc, o cümlədən azərbaycanlılar və ölkəmizə dost münasibət bəsləyən digər xalqların nümayəndələri iştirak edir.

Düşərgə iştirakçıları bir həftə ərzində Laçının, eləcə də Qarabağın tarixi, mədəni abidələri ilə tanış olmaq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşmək, maraqlı panel və seminarlarda iştirak etmək, eləcə də əylənmək və intellektual oyunlar oynamaq imkanı qazanacaqlar. Bunlarla yanaşı, düşərgə müddətində gənclərin “İslimi” Xalçaçılıq mərkəzinə, “Gilabi Ceramics” mərkəzinə, “Həkəri Balıq Təsərrüfatı”na, “Hoçazfilm” yaradıcılıq studiyasına, Zabux kəndinə, Şuşa və Qarabağın bir neçə digər şəhərlərinə səfərlərinin təşkili nəzərdə tutulur.

Yay düşərgələri xaricdəki yeni nəsil azərbaycanlıların ölkəmizlə bağlarını daha da möhkəmləndirmələri, Azərbaycanı uğurla təmsil etmək bacarıqlarını inkişaf etdirmələri, şəbəkələşmələri, yeni dostlar qazanmaları və s. üçün gözəl fürsətdir.

Düşərgədə yaşı 18-29 arası, Azərbaycan dilində ünsiyyət bacarığı olan gənclər iştirak edir. Düşərgədə iştirak xərcləri tam şəkildə qarşılanır.

Avqustun 1-i Laçın şəhərinə gələn düşərgə iştirakçılarının ilk tanışlıq və məlumatlandırma sessiyası olacaq.
Avqustun 2-də “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçiriləcək. Mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədovun, Mədəniyyət nazirinin müavini Fərid Cəfərovun, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanovun iştirakı və çıxışı gözlənilir.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə bu günə kimi Diaspor gənclərinin Şəki, Şamaxı, Şuşa və Naxçıvan şəhərlərində 4 yay düşərgəsi təşkil olunub. Dünyanın 50-dən çox ölkəsində yaşayan yüzlərlə gənc həmin düşərgələrdə iştirak edib.

Xəbər lenti

Xəbər lenti