Bakı. Trend:
Hazırda Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib.
O bildirib ki, havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır:
“Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”.