Bakı. Trend:
Sabunçu rayonunun bir hissəsində su olmayacaq.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Bildirilib ki, Sabunçu rayonu ərazisinin bir hissəsini içməli su ilə qidalandıran boruda aparılacaq təmir işləri ilə əlaqədar 4 dekabr tarixində gün ərzində suyun verilməsində fasilə yaranacaq.