...

Şuşada keçirilən tədbir bizə yaxşı təcrübə qazandırdı - Adan Mohamud Ahmad

Cəmiyyət Materials 5 Dekabr 2024 16:25 (UTC +04:00)
Şuşada keçirilən tədbir bizə yaxşı təcrübə qazandırdı - Adan Mohamud Ahmad
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

"İslam Əməkdaşlıq Təşkilatının "Gənclər Paytaxtı" Şuşa şəhərində olmaq qürurvericidir.

Trend xəbər verir ki, bu sözləri “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramında iştirak etmiş Somalidən olan Adan Mohamud Ahmad deyib.

Onun sözlərinə görə, bu tədbirdə fərqli ölkələrdən olan insanlarla tanışlıq onlara yeni təcrübələr qazandırıb:

"Həm azərbaycanlılar, həm də digər qonaqlar mehriban və qonaqpərvər idilər. Bu tədbir bizə yaxşı təcrübələr qazandırdı".

O, Azərbaycan mətbəxini çox bəyəndiyini bildirib:

"Yeməklərə söz ola bilməz. Yeni təamlar olduqca xoş idi".

Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında Qarabağın incisi Şuşa şəhəri 2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı” elan olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev 2024-cü il aprelin 17-də “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı sərəncam imzalayıb.

Xəbər lenti

Xəbər lenti