...

Təkrar əlillik təyin edilmiş şəxslərin sayı və onlara ödənilən vəsaitin həcmi AÇIQLANIB

Cəmiyyət Materials 26 Fevral 2025 11:25 (UTC +04:00)
Təkrar əlillik təyin edilmiş şəxslərin sayı və onlara ödənilən vəsaitin həcmi AÇIQLANIB
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

6 ayadək dövr ərzində təkrar əlillik təyin edilmiş 42,6 min şəxsə həmin dövr üzrə 25,4 mln. manat vəsait ödənilib.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2021-ci ilin iyul ayında qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonra 6 ayadək dövr ərzində təyin edilən əlillik əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir.

"Qeyd edilən aralıq dövr üzrə də şəxsə əlilliyə görə sosial ödəniş verilir. Ötən dövrdə 42,6 min şəxs həmin ödənişlərlə təmin olunub.

Onlara əvvəlki əlillik müddətinin bitdiyi vaxtdan təkrar əlillik təyin olunan vaxta qədərki 6 ayadək dövr üzrə ümumilikdə 25,4 mln. manat vəsait ödənilib",- məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti