...

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanıb

Cəmiyyət Materials 12 Mart 2025 12:12 (UTC +04:00)
“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanıb.

Trend xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə deyib.

O bildirib ki, hazırlanan yeni qanun layihəsinin tezliklə təqdim edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, "Uşaq hüquqları haqqında" yeni qanun layihəsinin hazırlanması Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na edilən dəyişiklikdə öz əksini tapıb.

Bununla bağlı işlərin icrası Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Layihənin hazırlanması müddəti 2023-2024-cü illəri əhatə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti