...

Nəsimi rayon MKTB mediada yayılan məlumatlara aydınlıq gətirib (FOTO)

Cəmiyyət Materials 1 Aprel 2025 12:41 (UTC +04:00)
Nəsimi rayon MKTB mediada yayılan məlumatlara aydınlıq gətirib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi media orqanlarında yayılan məlumatlara aydınlıq gətirib.

Bu barədə Trend-ə Birlikdən bildirilib ki, ötən gün bir sıra media orqanlarında əsassız, yoxlanılmamış və ictimaiyyətdə yanlış təsəvvür yaradan məlumatlar yer alıb.

Belə ki, Nəsimi rayonu, Həzi Aslanov küçəsi 55 ünvanında yaşayan sakinin evinin blokuna əsas giriş qapısı guya bağlanıb və həmin şəxs mənzilinə pəncərədən daxil olur.

Məsələ ilə bağlı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən bildirilib ki, sözügedən bina 1885-ci ildə tikilib və bir müddət öncə dövlət layihəsi çərçivəsində aidiyyəti qurum tərəfindən təmir olunub.

"Vətəndaş tərəfindən mənzilin bir mövcüd girişi olmasına baxmayaraq müəyyən məqsədlər üçün əlavə giriş açmaq niyyətində olub. Qeyri-qanuni olaraq binanın konstruksiyasına müdaxilə faktlarının qarşısı dəfələrlə qurumun nümayəndələri tərəfindən alınıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti