Bakı. Trend:
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə 2025-ci il martın 16-da keçirilən sınaq imtahanının nəticələri elan edilib.
Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.
Qeyd edilib ki, abituriyentlər imtahan nəticələri barədə
məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel)
vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə
bilərlər.