...

Yer kürəsində maqnit qasırğaları gözlənilir

Cəmiyyət Materials 20 Aprel 2025 12:56 (UTC +04:00)

Bakı. Trend:

Aprelin 22-də axşam Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğaları proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz "Telegram" kanalında yazıb.

"Aprelin 22-də Moskva vaxtı ilə günortadan sonra geomaqnit sahəsi yenidən zəif pozulacaq və axşama yaxın, təxminən 85 faiz ehtimalla, zəifdən G1-G2 siniflərinə qədər maqnit qasırğaları başlayacaq (G1 və G2 səviyyəsi müvafiq olaraq zəif və orta fırtınası deməkdir)", - deyə o bildirib.

M.Leusun sözlərinə görə, bazar günü gecənin ikinci yarısında maqnitosferdə G1 səviyyəsinin zəif pozulmaları qeydə alınıb, lakin onlar aprelin 22-dək uzunmüddətli və intensiv xarakter almayacaq. Sinoptik qlobal proqnoz mərkəzlərinə istinadən hesab edir ki, Yer kürəsində maqnit qasırğaları aprelin 22-dən 24-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti