Bakı. Trend:
Xalqımız gündən-günə inkişaf edir, onlara idmanla məşğul olmaq üçün daha yaxşı şərait yaradılır. Belə olan halda da, insanlarda maraq yaranır.
Bunu Trend-ə Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2025”in iştirakçısı, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev deyib.
O bildirib ki, hər il istisnasız olaraq marafona qatılır.
“Sağlam bədəndə sağlam ruh olur. Ümumiyyətlə, sağlam həyat tərzi üçün keçirilən bu yarışlar, tədbirlər Azərbaycan xalqının birliyini göstərir. Mən fürsətdən istifadə edərək Prezident İlham Əliyevə ölkədə idmana yaradılan şərait üçün minnətdarlığımı bildirirəm”, - deyə M.Quliyev qeyd edib.