...

İstintaq və təhqiqat orqanları struktur qurumlarının rəhbərlərinə yeni səlahiyyət verilir

Cəmiyyət Materials 16 May 2025 13:14 (UTC +04:00)
İstintaq və təhqiqat orqanları struktur qurumlarının rəhbərlərinə yeni səlahiyyət verilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İstintaq və təhqiqat orqanlarının struktur qurumlarının rəhbərlərinə cinayət təqibinə nəzarət çərçivəsində cinayət işi üzrə icraatın əhəmiyyətli dərəcədə ləngiməsinin qarşısının alınması məqsədilə müvafiq səlahiyyətlərin verilməsi təklif edilir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Belə ki, müstəntiqin bütün səlahiyyətlərindən istifadə edən istintaq şöbəsinin (bölməsinin, idarəsinin) rəisi (rəis olmadıqda müavini) müstəntiqin bu məcəllə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirməsinə mane olan hallar (vəfat etməsi, ağır xəstəliyə tutulması və s.) yarandıqda, habelə bu məcəlləyə uyğun olaraq həyata keçirilən nəzarət çərçivəsində müstəntiqin cinayətin açılması və araşdırılması üçün vaxtında müvafiq tədbirlər görməməsi nəticəsində cinayət işi üzrə icraatın əhəmiyyətli dərəcədə ləngidildiyini müəyyən etdikdə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora yazılı məlumat verməklə cinayət işini bir müstəntiqin icraatından götürərək digər müstəntiqin icraatına verəcək.

Bundan əlavə, təhqiqat orqanının ixtisaslaşmış təhqiqat qurumunun rəhbəri təhqiqatçının bu məcəllə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirməsinə mane olan hallar (vəfat etməsi, ağır xəstəliyə tutulması və s.) yarandıqda, habelə bu məcəlləyə uyğun olaraq həyata keçirilən nəzarət çərçivəsində təhqiqatçının cinayətin açılması və araşdırılması üçün vaxtında müvafiq tədbirlər görməməsi nəticəsində cinayət işi üzrə icraatın əhəmiyyətli dərəcədə ləngidildiyini müəyyən etdikdə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora yazılı məlumat verməklə cinayət işini bir təhqiqatçının icraatından götürərək digər təhqiqatçının icraatına verəcək.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti