...

Naxçıvanda IV sinif şagirdləri üçün "Rəqəmsal Qiymətləndirmə Monitorinqi" keçirilir - İLK DƏFƏ

Cəmiyyət Materials 16 May 2025 15:15 (UTC +04:00)
Naxçıvanda IV sinif şagirdləri üçün "Rəqəmsal Qiymətləndirmə Monitorinqi" keçirilir - İLK DƏFƏ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Monitorinq Mərkəzinin portalı vasitəsilə IV sinif şagirdləri üçün "Rəqəmsal Qiymətləndirmə Monitorinqi" təşkil olunub.

Trend xəbər verir ki, bu barədə Naxçıvan MR Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qiymətləndirmə vasitələri açıq və qapalı test formatında hazırlanaraq https://nmr.notetonotes.com platformasında yerləşdirilib.

Şagirdlər portalda şəxsi kabinet yaradaraq tapşırıqlarla tanış olub, cavablandıra bilərlər.

️"Rəqəmsal Qiymətləndirmə Monitorinqi"nin əsas məqsədi təhsildə rəqəmsal bacarıqları təşviq etmək, qiymətləndirmə prosesinin əlçatanlılığını təmin etməklə şagirdlərin hazırki tədris proqramına uyğun olaraq bilik səviyyələrini izləməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti