...

Bu ilin yeddi ayında pensiya ödənişlərinə yönəldilən vəsaitin həcmi açıqlandı

Cəmiyyət Materials 12 Avqust 2025 10:47 (UTC +04:00)
Bu ilin yeddi ayında pensiya ödənişlərinə yönəldilən vəsaitin həcmi açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 7 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (367 mln. manat) çox olmaqla 4 mlrd. 142 mln. manat vəsait yönəldilib.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb.

"Cari ilin yanvar-iyul aylarında 27 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 165 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib",- deyə qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti