Bakı.Trend:
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 8-də və 9-da ümumi çəkisi 2,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən
qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi
istiqamətində əməliyyat və profilaktik tədbirlər davam
etdirilir.
Noyabrın 8-də və 9-da polis əməkdaşları paytaxt və respublikanın
ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 qumbara, 3 patron darağı
və 10 tüfəng aşkar edərək götürüblər.
