...

Könüllülər öz fəaliyyətləri ilə dürüstlüyü təlqin edirlər - Sektor müdiri

Cəmiyyət Materials 4 Dekabr 2025 13:49 (UTC +04:00)
Könüllülər öz fəaliyyətləri ilə dürüstlüyü təlqin edirlər - Sektor müdiri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Könüllülük nə deməkdir – desəm, əksəriyyətiniz ilk növbədə asudə vaxtın maraqlı və faydalı keçirilməsi, yeni dostlar qazanılması, insanlara kömək və diqqət göstərilməsi kimi qiymətləndirərsiniz. Bu, tamamilə doğrudur.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov “Konstitusiya və Suverenlik İli”nə həsr edilən 7-ci “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində keçirilən Azərbaycan Könüllülərinin 8-ci Həmrəylik Forumunda çıxışı zamanı deyib.

H. Nəsibov bildirib ki, könüllülük ilk növbədə təəssübkeşlik deməkdir:

"Bu başqalarının çətinliklərini anlamaq, bölüşmək və eyni zamanda onların sevincli anlarına şərik olmaq deməkdir. Bu insanlara yardım etmək, bəzən isə heç bir qarşılıq gözləmədən xidmət göstərmək deməkdir. Və bütün bu ali dəyərləri özündə daşıyan hər bir gənc ən yüksək alqışa layiqdir".

Sektor müdirinin sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə çıxışlarında, gənclərlə görüşlərində könüllülük hərəkatına yüksək qiymət verib:

“Könüllülər öz fəaliyyətləri ilə həm dövlət məmurlarına, həm də sıravi vətəndaşlara dürüstlüyü və təmizliyi təlqin edirlər”.

O əlavə edib ki, bu il həm könüllülər, həm də dövlətimiz üçün əlamətdar il olub:

“Bildiyiniz kimi, ölkəmizin tam suverenliyini qeyd edirik. Eyni zamanda, könüllüləri öz çətiri altında birləşdirən Azərbaycan Könüllü Təşkilatları İttifaqının da 5 yaşı tamam olur.

Qısa müddət ərzində Könüllü Təşkilatları İttifaqı böyük və uğurlu bir yol keçib, ətrafında birləşdirdiyi könüllülərlə tariximizə öz imzasını qoyub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti