Bakı. Trend:
Təhsil Nazirliyinin təşəbbüsü ilə ali təhsil müəssisələrinin nümayəndələri və əmək bazarının əsas iştirakçılarından ibarət komissiyalar formalaşdırıldı. Bu komissiyalar vasitəsilə magistratura səviyyəsində bütün ixtisaslar üzrə tədris proqramları yeniləndi və müasir dövrün tələblərinə uyğun şəkildə hazırlandı. Növbəti mərhələdə bu yanaşmanın bakalavriat səviyyəsində də tətbiqi planlaşdırılır.
Trend xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Təhsil Tələbə Krediti Fondunun 4 illik fəlaiyyətinə dair həsabat tədbirində Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev bildirib.
Onun sözlərinə görə, ali təhsilin əlçatanlığının artırılması Elm və Təhsil Nazirliyinin əsas strateji hədəflərindən biridir:
"Bu tədris ilində biz qarşıya qoyulmuş hədəfə artıq nail olduq və ali təhsilin bütün səviyyələrində təhsil alanların sayı bu il artıq 76 minə çatdı. Bu, bir kəmiyyət göstəricisidir. Mən əminliklə bildirmək istəyirəm ki, həm kəmiyyət, həm də keyfiyyət baxımından ali təhsildə çox ciddi irəliləyişlər var".
O qeyd edib ki, Elm və Təhsil Nazirliyinin 2027–2030-cu illərdə əsas hədəfi ali təhsilin keyfiyyətinin artırılmasıdır.
