...

KİYEVDƏ CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİ MƏDƏNİYYƏT NAZİRLƏRİNİN KOLLOKVİUMU KEÇİRİLƏCƏK

Cəmiyyət Materials 25 Avqust 2005 19:47 (UTC +04:00)

15 - 16 sentyabrda Kiyevdə Cənubi Qafqaz ölkələri mədəniyyət nazirlərinin kollokviumunun keçirilməsi planlaşdırılır. AR mədəniyyət nazirliyində Trend agentliyinə məlum olub ki, tədbirin təşkilatçısı Avropa Şurasıdır.

Artıq beşinci dəfə keçiriləcək bu görüşün əsas mövzusu "İnkişaf naminə mədəniyyət və mədəni siyasət " adlanır. Nazirlər kollokviumu STAGE layihəsi çərçivəsində keçirilir, əsas məqsədi Azərbaycan, Ermənistan və Gürcüstan arasında mədəni mübadilənin və əmədaşlığın inkişafının tətbiq edilməsi, eləcə də mədəni siyasətin işlənib-hazırlanmasına və bu dövlətlərin demokratik inkişafına yardım göstərilməsindən ibarətdir.

Kollokviumun işində Avropa Şurası baş katibinin müavini Mod de Boer-Bukikkio iştirak edəcək. Gözlənildiyi kimi, Azərbaycan forumda mədəniyyət naziri Polad Bülbül oğlu ilə təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti