...

AVROPA ÇEMPİONLAR KUBOKUNUN ÜÇÜNCÜ TURU ARXADA QALIB

Cəmiyyət Materials 21 Sentyabr 2005 15:44 (UTC +04:00)

Klublararası şahmat üzrə Avropa çempionlar kubokunun üçüncü turu oynanılıb. Trend in xəbər verdiyi kimi, azərbaycanlı qrossmeyster T.Rəcəbovun yer aldığı "NAO Çess" klubu Polşanın "Poloniya" klubunu 4:2 hesabı ilə məğlub edərək 6 xal toplayıb və Rusiyanın "Ural", "Tomsk" və "Ladya Kazan" klubları, həmçinin, Gürcüstanın "Tbilisi" komandası ilə 1-5-ci yerləri bölüşdürür. Üçüncü turda T.Rəcəbov polşalı qrossmeyster R.Kempinski ilə heç-heçə oynayıb.

Ş.Məmmədyarov və R.Məmmədovun yer aldıqları Türkiyənin "Əczaçıbaşı" klubu da Serbiya və Çernoqoriyanın "Buduçnost" klubuna 4:2 hesabı ilə qalib gəlib. Şəhriyar qrossmeyster B.İvanoviçi məğlub edib, R.Məmmədov isə qrossmeyster D.Blaqoyeviçlə heç-heçə oynayıb. "Əczaçıbaşı"nın 4 xalı var və 8-20-ci yerləri bölüşdürür.

B.Haşımovun Finlandiyanın "Matinkyulan" klubunda yer alan erməni əsilli M.Aqopovu məğlub etməsinə baxmayaraq, bütövlükdə "Mərməris" klubu 1:5 hesabı ilə uduzub.

Xəbər lenti

Xəbər lenti