Azərbaycanın futbol üzrə gənclər yığması (U-19) Avropa birinciliyinin ikinci qrup mərhələsinə çıxmaq üçün bütün şansları əldən verərək 0:3 hesabı ilə Rusiyaya uduzub.
Trend in məlumatına görə, Lüksemburqda yarışın ikinci turu çərçivəsində Şakir Qəribovun yetirmələri dalbadal iki görüşü uduzaraq rəqibə hər cəhətdən məğlub olublar. Bir neçə gün əvvəl Portuqaliyaya 1:5 hesabı ilə uduzan komanda həlledici turda meydan sahibilə görüşəcək. Lakin bu görüşün nəticələri artıq heç bir əhəmiyyət kəsb etmir. Çünki Rusiya və Portuqaliya 6 xal toplayaraq vaxtından əvvəl növbəti mərhələyə daxil olublar. İndi liderlərin qarşısında yarımqrupun qalibini müəyyən etmək durur.