...

Qurban Qurbanov qarşıdakı şou-matçın ssenarisini özü yazıb

Cəmiyyət Materials 16 Noyabr 2005 15:17 (UTC +04:00)

İsveçin "Kalmara" komandasının yarımmüdarifiəçisi Anatoli Ponomaryov noyabrın 16-da T.Bəhramov adına Respublika stadionunda keçiriləcək Qurban Qurbanovun vida matçında iştirak etməyəcək.

Mərasimin səbəbkarının sözlərinə görə, o, futbolçudan Bakıya gəlmək barədə cavab almayıb və buna görə də Anatoli meydana çıxmayacaq.

Q.Qurbanov həmçinin, hər şeyin demsək olar ki, dəqiqəbədəiqə qeyd olunduğu qarşıdakı şou-matçın ssenarisinin məhz onun özünün yazdığını etiraf edib. "Məlumdur ki, birinci taymda kim oynayırsa fasilədən sonra meydana o çıxır. Demək olar ki, hər şey ölçülüb-biçilib və fikirləşirəm ki, azarkeşlər razı qalacaqlar", - deyə o qeyd edib.

Q.Qurbanov həmçinin, qeyd edib ki, öz təşəbbüsü ilə Vaqif Sadıqovun öz komandasına rəhbərlik etməyi təklif edib.

Xəbər lenti

Xəbər lenti