...

Siyasi Məhbus Problemləri üzrə Şura yaradılıb

Cəmiyyət Materials 1 Dekabr 2005 18:09 (UTC +04:00)

Dekabrın 1-də yeni təsis edilmiş Siyasi Məhbus Problemləri üzrə Şuranın ümumi toplantısı keçirilib. Bu barədə Trend ə Şurasnın mətbuat xidmətindən məlumat verilib.

Şuranın sədri Ənvər Qafarlı qurumun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındığını bəyan edib və bildirib ki, Şura gələcəkdə effektiv fəaliyyət göstərəcək. Qurum rəhbəri ictimai birliyin qəbul edəcəyi qərarların ədalətlilik prinsipinə əsaslanacağını qeyd edib.

Tədbirdə çıxış edən ictimai birliyin icraçı direktoru Elşad Yusifoğlu isə söyləyib ki, hazırda birlik özündə 60 qeyri-hökumət təşkilatını birləşdirir. Təşkilat üzvləri cəzaçəkmə müəssisələrində mütəmadi monitorinqlər keçiriləcək. Eyni zamanda bəzi hüquq müdafiəçilərinin Avropa Şurasına "siyasi məhbus" kimi təqdim etməy2ə çalışdığı məhbusların cinayət işlərinin monitorinqləri də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti