...

Azərbaycanda "quş qripi"nin yaranması təhlükəsi qalır

Cəmiyyət Materials 2 Dekabr 2005 15:41 (UTC +04:00)

Azərbaycanda "quş qripi"nin yaranması təhlükəsi qalır. Trend in məlumatına əsasən, dekabrın 2-də AR ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə bildirib ki, adətən quşlar ölkəyə noyabrın sonundan dekabrın ortalarınadək köç edir, buna görə də "quş qripi" təhlükəsinin olmadığını təsdiq etmək olmaz.

O, qeyd edib ki, Həştərxanda xəstəliyin yayılması Azərbaycan üçün də təhlükədir. Nazir istisna etməyib ki, ölkədə ova qoyulan qadağa uzadıla bilər. Onun sözlərinə görə, bu, aparılan monitorinqlərin nəticələrindən asılı olacaq. "Biz riskə getmək istəmirik. Əgr zərurət yaransa, qadağa uzadılacaq" -deyə H.Bağırov bildirib.

Noyabrın 11-də nazirlik quş ovuna qadağanın daha bir ay (dekabrın ortalarınadək) uzadılması barədə qərar qəbul edib. Hazırda quşların köç etdiyi yerlərdə nazirliyin mütəxəssisləri tərəfindən gücləndirilmiş nəzarət davam edir.

Xəbər lenti

Xəbər lenti