...

Murtas Kajqaleyev: "Teymur Rəcəbov dünyanın ən güclü qrossmeysterlərindən biridir"

Cəmiyyət Materials 6 Dekabr 2005 16:44 (UTC +04:00)

"Teymur Rəcəbov artıq indi dünyanın ən güclü, belə deyək ki, ən məşhur qrossmeysterlərindən biridir". Azərbaycan şahmatçısını Xantı-Maltiyskdəki Dünya kubokunda Qazaxıstandan olan rəqibi Murtas Kajqaleyev belə xarakterizə edib.

Trend in məlumatına görə, idmançının güclü tərəflərinin xarakterizə edən rəqib qeyd edib ki, bu idman ustası özünün "təşəbbüs" mövqeyi ilə həddən artıq təhlükəlidir. "Lakin əgər çempion iddiaları nöqteyi-nəzərindən fikir söyləsək, onda T.Rəcəbov hələ çox çalışmalıdır. Mənim fikrimcə, ona debüt repertuarının yaxşılaşdırmaq lazımdır. Mən həmçinin, Teymurun heç də həmişə prinsipial ardıcıllığa getməyə hazır olmadığını müşahidə etmişəm. Strateji oyunda da boşluqlar var", - deyə M.Kajqaleyev bildirib.

Xatırladaq ki, azərbaycanlı qrossmeyster Dünya Kubokunun final 1/16 mərhələsində holland Lyuk Van Veliyə uduzaraq çıxışlarını başa vurub.

Xəbər lenti

Xəbər lenti